Azərbaycanəsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) izləyicilərinin suallarını cavablandırıb.
Sənətçi müəllifi olduğu "YouTube" layihəsində Azərbaycanla bağlı da danışıb.
O, izləyicisinin "Bir İran azərbaycanlısı olaraq nədən Azərbaycan dilində albom təqdim etməmisiz? Biz çox istəyirik ki, türkcə mahnıları Ququşun səsində eşidək" sualına belə cavab verib:
"Mən çox istəyirdim və istəyirəm ki, bu iş əmələ gəlsin. Xatırlayıram ki, türkcə bir mahnım var idi (Ayrılıq-red.). Mənim xaricdə yaşadığım illərdə gündəlik işlərə başım qarışıb. Daimi konsertlə bağlı ölkələrə, şəhərlərə səfərim mənə bu fürsəti verməyib ki, sizin bu yaxşı təklifinizi gerçəkləşdirə bilim. Bu iş üçün mənim daimi olaraq Azərbaycanda olmağım gərəklidir. Təssüf ki, buna vaxt edə bilməmişəm. Ancaq gələcəkdə çalışaram sizin bu sualınıza (təklifinizə) cavab verə bilim".
Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. Onun valideynləri Bakıdan Tehrana köçüblər.//Qafqazinfo.az