Beyləqan və Yevlaxa yeni polis rəisi təyin edilib.
MilliYol.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi pois polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.
Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.
Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Vilayət Eyvazovun müvafiq əmri ilə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.