"Ölkə ərazisinə qarın yağmasına baxmayaraq, yollarda hərəkət normaldır".
Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, Bakı-Sumqayıt yolu, Dairəvi yol, Ziya Bünyadov prospekti və digər ərazilərdə avtomabillərin hərəkətində problem yoxdur.
“Gecə boyu əməkdaşlarımız balansımızda olan yollarda qarın təmizlənməsini həyata keçiriblər. Hal-hazırda Bakı və regionlarda yollarda ciddi problem müşahidə olunmur. Ancaq yenə də edilən xəbərdarlığa baxmayaraq, hazırlıqsız sürücülər yollara çıxıblar, gecə boyu bir neçə maşın yollarda qalıb və əməkdaşlarımız onların çıxmasına yardımçı olub.
Səhər saatlarında müəyyən ərazilərdə problemlər yaşanıb, hazırlıqsız sürüclərin hərəkətlərində qəzalar müşahidə olunub. Maşınlar mövsümə uyğun olmayan şinlərlə idarə olunur, üstəlik sürücülər təcrübəsiz olduqda problemlər yaşanır. Bu da texnikamızın hərəkətinə problemlər yaradır”. (azvision)
MilliYol.Az
Digər xəbərlər
loading...