“Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.
MilliYol.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.
Digər sərəncamla “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi Azər Məmmədova həvalə edilib.
Qeyd edək ki, bu təyinatadək A.Məmmədov baş direktorun müavini vəzifəsində çalışıb.
“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı təsdiq edib.
Digər xəbərlər
loading...