Əziz deputatlar, qanunsuz özəlləşdirmənin nəticəsi cox ciddi VƏTƏNDAŞ QARŞIDURMASI ola bilər.
Çox xahiş edirik ki, 100 minlərlə Vətəndaşın hüquqlarının əlindən alınmasına TƏCİLİ diqqət yetirəsiniz və KÖMƏK EDƏSİNİZ.
Mill Lider Heydər Əliyev Kapitalizmə keçid üçün ƏMLAK bölgüsünün nə qədər həssas bir məsələ olduğunu cox gözəl bilirdi. Bəs KİMLƏR onun SİYASƏTİNİ bəyənmir? Burada Heydər Əliyevin Prezident Sarayındakı 7 mart 1995-ci il tarixli çıxışını yada salmaq mütləqdir – Bizim Sözümüz Bizim İmzamızdır! – Tarixi çıxışın Yekun Nitqi:
“… Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə, əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu payı nə vaxt alacaq? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?”.
Hətta yadımızdadır ki, Milli Liderimiz Heydər Əliyev Özəlləşdirmə Çekləri paylanan zaman AzTv-də Xalqa müraciət edərək Özəlləşdirmə Paylarını satmamağı, tələsməndən çeklərdən bir-bir istifadə etməyi məsləhət verirdi və deyirdi ki, əgər bir müəssisədən az divident verilsə, o birisi çox verər və tarazlıq olar.
Əziz Deputatlar!
“Dövlət Özəlləşdirmə Payı” Respublikamızın qanunvericiliyində ilk dəfə 1993- cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində “özəlləşdirmə payı” anlayışı verilərək deyilir:
Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir;
Özəlləşdirmə payları Respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir.
Yenə həmin dövrdə Ulu Öndər Heydər Əliyevin imzası ilə Qanunla qəbul olunmuş I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsinin 4-cü abzasında deyilir:
Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli: kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklə verildiyi an Eyni Dəyərə malikdir.
3-cü Bölməsinin 6-cı bəndində deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri İNFİLYASİYANIN təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir”.
Eyni zamanda bu Qanunda BİR QAYDA olaraq orta və iri müəssisələrin 15+50% -nin çeklərlə özəlləşdiriləcəyi bir dövlət öhdəliyi kimi öz əksini tapıb. Yəni Qanunla BÜTÜN ÖZƏLLƏŞDİRİLƏCƏK orta və iri müəssisələrinin 65%-i Dövlət Əmlak Payı olaraq Dövlət Qiymətli Kağızı olan Çeklərin birincili olaraq yerləşdirilməsindən sonra ( vətəndaşlara paylanandan sonra) vətəndaşların halal Miras Əmlak Payı hesab olunur.
Bildiyiniz kimi, Dövlət Özəlləşdirmə Çeklərinin (DÖÇ) tədavül müddəti əvvəl Qanun ilə təsdiq olunmuş “I Dövlət Proqramı” ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş “II Dövlət Proqramı” ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı. Göründüyü kimi, burada Qanunla qəbul edilmiş bir müddət sonradan Fərman ilə uzadıldı.
Bundan belə bir ƏSAS sual meydana gəlir ki, DÖÇ-lər üçün ilk təyin olunan 3 illik müddət Fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi? Fərz edək ki, DÖÇ-lər ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarıldı. Burada sual olunur: müddəti uzadılmayıb, tədavüldən çıxarılsaydı, onda kompensasiya veriləcəkdimi?
Təbii ki, həmin qanunvericiliyə görə, 3 illik müddət bitəndən sonra Qanunla Qoyulmuş Qaydaya əsasən özəlləşdirmə dövründə vətəndaşlar tərəfindən istifadə olunmayan Payların ( Çeklərin ) dövriyyədən çıxarılması üçün ( I Özəlləşdirmə Qanunu maddə 19) Dövlət tərəfindən yaradılmış İnvestisiya Fonduna qoyulmalı, oradan vətəndaşlara divident verilməli və istifadə olunmalı idi. Lakin dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün (bildiyiniz kimi, heç Çek İnvestisiya Fondu da yaradılmadı) vətəndaşların hüquqları pozuldu.
Hesab edirik ki, bunu da DÖÇ-lərin tədavül müddətini Fərmanla uzatmaq ilə ödəməyə çalışdılar. Bu da öz növbəsində indiki pozuntulara səbəb oldu. Bunlardan başqa, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”.
Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq, bu payların dəyəri hesablanıb PUL formasında banklara qoyuldu. Sual olunur: əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı?
Bu suallar və 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Prezident Sarayındakı XALQA VƏDİ öz-özlüyündə bir daha özəlləşdirmə payına düşən mülkiyyət hüququnun dövlət tərəfindən vətəndaşlara ömürlük əvəzsiz verildiyini təsdiq edir. Özəlləşdirmə payları (çekləri) Xalqa – vətəndaşlara Ata-Babalarının qanı və canı, özlərinin zəhməti hesabına Sovet Dövləti dövründə qurub-yaradılmış var-dövlətdən, Əmlaklardan düşən MİRAS ƏMLAK PAYI kimi verilən zaman qüvvədə olan Qanunlara əsasən, hər bir vətəndaşa verilmiş özəlləşdirmə payı İNFİLYASİYADAN qorunan əmlak ekvivalentinə və EYNİ dəyərə malik idi. Bu gün ücün Hüquqşünas və İqtisadcı Alimlərin hesablamasına görə qanunla dəyəri ən azı 20 000 ABŞ dollarıdır.
Yaxşı yadımızdadır, “sberkassa”larda Sovetdən qalan pullara kompensasiya barədə bizim dövlətimizin qanunla heç öhdəliyi yox idi. Ancaq cənab Prezident alicənablıq edərək, o pullara dövlətdən kompensasiya verdi. DÖÇ-lərin üzərində bütün qiymətli kağızların üzərində olduğu kimi, Qanun gücünə malik olan müəyyən yazılar var və həmin yazıların (öhdəliklərin) heç birinə əməl olunmayıb. Məhz DÖÇ-nin üzərində yazılır ki, “Bu Özəlləşdirmə Çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunmuşdur”. DÖÇ-nin arxasında yazılır ki, “Dövlət Özəlləşdirmə Çeki – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.
Dolayısı ilə, bu yazılar belə həmin çekin vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd olduğunu göstərir. Hətta qanunla dövlətin ƏN KASIB vaxtında tarixi sosial ədalət naminə, Milli Lider Heydər Əliyev QANUNLA KAPİTALİZMƏ DİNC KEÇİD ücün dövlət öhdəliyi olaraq özəlləşdiriləcək bütün orta və iri dövlət əmlakının 65%-inin özəlləşdirilməsinin ancaq və ancaq DÖÇ ilə aparılmasını və bütün investorların özəlləşdirmədə iştirakı üçün ancaq və ancaq vətəndaşlarda olan DÖÇ-lərini alaraq iştirak edə biləcəyini QƏTİ şəkildə bir QAYDA olaraq təstiqlədi. Qanuna əsasən Xarici investorlar ancaq opsion aldıqdan sonra DÖÇ-ləri ala bilərdi. Qanunla dövlət orta və iri müəssisələrin ancaq ona məxsus olan 35%-ni PULLA sata bilərdi.
Ümummilli Liderimiz Heydər Əliyevin göstərişi ilə dövlət qiymətli kağızı kimi 8 milyon özəlləşdirmə payını (32 milyon çeki) təkcə ÇAP ETDİRMƏK üçün 1995-ci ildə – dövlətin ən kasıb vaxtında DOLLARDAN da yüksək qoruyucuları olduğu üçün 64 milyon ABŞ dolları ödənilib və ÖÇ-lərinin dollardan cox qoruyucu nişanları var.
Artıq bir neçə ildir QEYRƏTLİ Deputatların, Siyasətçilərin, Hüquqşünaslar və Ziyalıların Dövlətçiliyimizə inanaraq söylədikləri budur ki, tezliklə Ulu Öndərin siyasəti, imzaladığı Qanunlar və Konstitusiyaya əsasən, hər Özəlləşdirmə Payına düşən inflyasiyadan qorunan əmlak ekvivalentinin dəyəri Qanunda göstərilən qaydalara uyğun hesablanraq DÖÇ-ləri ya dövriyyəyə qaytarılacaq ya da KOMPENSASİYA ödəniləcəkdir ki, 100 minlərlə Ailə Böyük Özəlləşdirmədə iştirak etsinlər.
ƏZİZ DEPUTATLAR!
Artıq vətəndaşlar bu faktları oxuyub-öyrənir AYILMAĞA BAŞLAYIB!
Konstitusiya Məhkəməsinin (KM) ekspertləri olan 10-dan çox hüquqşünas alim tərəfindən, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının (AAK) “Qanun” jurnalında çap olunmuş 4 məqalədə isbat olunur ki, DÖÇ-lər verilən zaman qüvvədə olan qanunvericilik aktlarına uyğun olmayaraq, yəni kompensasiya verilmədən 13 ildir aparılan özəlləşdirmə prosesi dövlət siyasətinə ziddir və cinayətdir.
Xahiş edirik ki, Konstitusiya Məhkəməsinin Konstitusiya, Mülkiyyət və Qiymətli Kağızlar üzrə Ekspertləri olan Hüquqşünas Alimlərin dediklərinə qulaq asın – birmənalı olaraq ÖÇ-nin Qiyməti və Dövriyyəsi Qanunla tənzimlənməlidir. Nazirlər Kabineti də bunu təsdiq edir:
ÇOX HÖRMƏTLİ DEPUTATLAR – DİQQƏT EDİN!
Özəlləşdirmə payları ilə bağlı bəzi hüquqi aktların araşdırılması barədə Konstitusiya Məhkəməsinin 3 hakimi ( hakimlər Rövşən İsmayılov (sədrlik edən və məruzəçi-hakim), Sona Salmanova və Kamran Şəfiyev ) bizim müraciətdən 8 ay sonra – 19 dekabr 2023- cü ildə bu hüquqi problemin araşdırılmasından İMTİNA Qərardadı çıxarıb. Konstitusiya Məhkəməsinin Palatasının imtina qərarındakı Konstitusiya və Qanunlara ZİDD olan yozma və əsaslandırma özəlləşdirmə paylarına aid əvvəlki qanunlarda olan dövlət öhdəliklərini və Vətəndaşlara verilmiş hüquqları Konstitusiyaya zidd olaraq heçə saymaqla yanaşı, HÜQUQİ DEMOKRATİK Dövlət imicimizə və Dövlətçiliyimizə qarşı təxribatdır, Xalqa qarşı düşmənçilikdir. KM-nin bu 3 hakimi öz İMTİNA qərarı ilə Özəlləşdirmə başlayan zaman Qanunlarla vətəndaşlara verilmiş mülkiyyət və bərabərlik hüquqlarının, Dövlət öhtəliklərinin 2000-ci il Özəlləşdirmə haqqında Qanunun bu gün də qüvvədə olan 33.1-ci maddəsini (bu maddə heç bir Qanunla bu günə qədər qüvvədən düşməyib) naməlum səbəbdən Konstitusiyaya zidd olaraq NƏZƏRƏ ALMADAN, həmin Qanunun 33.2-ci maddəsi ilə TAM ləğv olunduğu göstərilib.
ƏZİZ DEPUTATLAR!
Konstitusiya Məhkəməsinin Pleniumu özü 10-larla hüquqla bağlı, xüsusilə mülkiyyət hüququ ilə bağlı QƏRARLARINDA müqayisəli problemlərin həllində hüquqlar verilən zaman qüvvədə olan Qanunların ƏSAS sayılmasını şərtləndirmişdir. Ancaq nədənsə Konstitusiya Məhkəməsində bu İMTİNA qərarını qəbul edən 3 hakimi KM-nin QANUN gücündə olan bu QƏRARDADLARINI yaddan çıxarıb.
Bəlkə xəstədirlər – yaddaş problemləri var? Bəlkə bunlara hansısa böyük gücə malik VİCDANI və ƏXLAQI OLMAYAN oliqarx məmurlar təzyiq edir?
Hesab edirik ki, respublikamızda aşağıdakı HÜQUQİ faktı bilməyən 1 nəfər belə hüquqşünas yoxdur. Bildiyiniz kimi, Konstitusiya Şikayətində göstərilən məsələ “Dövlət özəlləşdirmə payları (DÖP) və dövlət özəlləşdirmə çeklərinin tənizmlənməsi” məsələsinin hansı qanunvericiliyə tabe olduğu məsələsidir. Yəni DÖP-lərin və DÖÇ- lərin tənizlənməsi, onların üzərində vətəndaşların mülkiyyət hüququnu əldə etməsi və özəlləşdirmədə əmlak bölgüsü zamanı mülkiyyət və bərabərlik hüquqların mühafizə olunması prosesinin bu hüquqların verildiyi tarixdə qəbul edilmiş qanunvericilik ilə tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cü və digər maddələrinin tələblərinə görə məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin 7-ci hissəsinə görə, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.
HÖRMƏTLİ DEPUTATLAR!
Biz 50-dən çox hüquqşünasın Konstitusiya Məhkəməsinin bu 3 hüquqşünasının yazdığı Rəy barədə fikirlərini öyrəndik. Hamısı ancaq bir söz deyir:
Konstitusiya Məhkəməsinin Palatasındakı bu 3 hakimin İMTİNA qərardadındakı bu cür əsaslandırma absurddur, qəbuledilməzdir! Bu cür hüquq yozumu hüququn ayaqlar altına alınmasıdır, Konstitusiya və qanunların tapdanmasıdır, beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin heçə sayılmasıdır. Ən əsası, Dövlətin və Dövlət rəhbərliyinin tarixi sosial ədalət siyasətinə qarşı gəlməkdir.
Konstitusiya Məhkəməsinin hakimləri hansı səbəbdən bu qərara imza atıblar? Bunlar KİMƏ və NƏYƏ xidmət edir? Bunların prezident seçkiləri öncəsi imtina qərardadı çıxarmasında əsas məqsəd nə idi? Bu cür hüquqsuzluğa hansı cürətlə yol verirlər?
Bu suallar bizi çox narahat edir. Belə çıxır ki, Konstitusiya Məhkəməsinin Palatası öz qərəzli yozması ilə Vətəndaşların hüquqlarının 2000-ci ilin may ayından sonra yavaş-yavaş, Konstitusiya, Qanunlara və Beynəlxalq hüquqa ZİDD olan qanunvericilik aktları ilə pozulduğunu və ölkəmizin hüquqi və demokratik dövlət olmadığını ERMƏNİ Faşistləri kimi həm yerli, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə calışırlar.
Əziz Deputatlar!
Yəqin bilirsiniz ki, Sovet dövlətindən qalan və qanunla Xalqa məxsus olan əmlaklar QANUNLA vətəndaşlar arasında bölünərək Miras Əmlak PAYI kimi verilmişdir. Yəni Vətəndaşlara məxsus 65%-lik əmlakların sonradan qəbul olunan Qanunvericilik Aktları ilə Konstitusiyaya zidd olaraq ƏLLƏRİNDƏN alınması və İqtisadiyyat Nazirliyi tərəfindən ancaq pulla özəlləşdirilməsi oliqarx MƏMURLARIN Xalqa qarşı ağır mütəşəkkil korrupsiya cinayəti sayılir. Bu cinayəti bilərəkdən hansısa yerli və ya xarici Sahibkar özəlləşdirmədə iştirak edirsə, ya AXMAQDIR, ya da bu korrupsiyanın başında duran Məmurların adamıdır – yəni ERMƏNİ xislətli dayısına arxalanır.
Konstitusiya Məhkəməsinin hakimləri toxunulmazdır və ancaq Sizin bilməyiniz vacib olan məsələlər var. Konstitusiya Məhkəməsi haqqında Qanunun 13-cü maddəsində göstərilir ki, Konstitusiya Məhkəməsinin hakimləri səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyinə, Konstitusiyasının aliliyini qoruyacaqlarına, baxdığı məsələləri ədalətlə həll edəcəklərinə and içirlər. Həmin Qanunun 23.1.7-1-ci maddəsinə görə, Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə mümkündür. Bu ƏSAS şərtdir.
Əziz Deputatlar!
Sizcə hüquqşünasların 100 minlərlə Ailənin mülkiyyət və bərabərlik hüquqlarını tam əlindən alan Konstitusiyaya zidd bu hərəkəti Vicdansızlıq və Ləyaqətsizlik deyilmi? HEÇ KİM UNUTMASIN ki, Dövlətimizin və cənab Prezidentimizin adına QARA LƏKƏ salan bütün bu faktlar gec ya tez PREZİDENTƏ çatdırılacaq. O zaman Dövlət öz dəmir yumruğunu daxildə də işə salacaq. Qarabağı yağı düşməndən xilas edən o dəmir yumruq xalqı və dövləti aldadan, haqq yeyən, həqiqəti gizlədən məmurların başına enəcək.
ÇOX HÖRMƏTLİ DEPUTATLAR!
Mətbuatda 30-dan cox Deputat bu barədə Xalqın haqqının bərpası ücün müraciətlər edib və hətta Milli Məclisdə kicik qrup formatında müzakirələr etdiyinizi də bildirmisiniz. İnanırıq ki, bütün Deputatlar haqqın, ədalətin və Xalqın tərəfindədir.
çatdırılacaq. O zaman Dövlət öz dəmir yumruğunu daxildə də işə salacaq. Qarabağı yağı düşməndən xilas edən o dəmir yumruq xalqı və dövləti aldadan, haqq yeyən, həqiqəti gizlədən məmurların başına enəcək.
ÇOX HÖRMƏTLİ DEPUTATLAR!
Mətbuatda 30-dan cox Deputat bu barədə Xalqın haqqının bərpası ücün müraciətlər edib və hətta Milli Məclisdə kicik qrup formatında müzakirələr etdiyinizi də bildirmisiniz. İnanırıq ki, bütün Deputatlar haqqın, ədalətin və Xalqın tərəfindədir.
ƏZİZ Deputatlar!
İnanırıq ki, Sizin köməyinizlə Cənab Prezident İlham Əliyevin bu hüquqi faktlardan TAM məlumatlar catdırılarsa bu problem həmin an öz həllini tapacaq. Bu səbəbdən Sizdən Çox Xahiş EDİRİK! Bu məsələni bütün Deputatların iştirakı ilə Milli Məclisdə TƏCİLİ MÜZAKİRƏYƏ ÇIXARASINIZ.
Bilirsiz ki, Baş Nazir hələ 2016-ci ildə Yeni Özəlləşdirmə Qanununun hazırlanması barədə MM-dən anons vermişdir. Sonradan hətta cənab Prezident yeni Özəlləşdirmə Qanunu haqqında qanun layihəsini İqtisadiyyat, Ədliyyə və Maliyə Nazirlərinin birlikdə hazırlayıb 2023-cü ildə Milli Məclisə verməsi barədə Sərəncam verdi, ancaq bu məmurlara sərf etmədiyi üçün hələ də gecikdirilir.
Əziz Deputatlar!
Vətəndaşlar çox XAHİŞ edirlər ki, Qanunların və Konstitusiyanın SİZLƏRƏ vediyi hüquqlara uyğun olaraq Milli Məclisin tribunasından MM adından təcili hakimiyyətə Yeni Özəlləşdirmə Qanunu lahiyyəsinin hazırlanması barədə çağırış edəsiniz. EYNİ zamanda Yeni Qanun lahiyəsi Sizə təqdim edilənə qədər 13 ildir davam edən cinayətkar özəlləşdirmənin qarşısının alınması, mülkiyyət və bərabərlik hüququ pozuntularının aradan qaldırılması ücün öz təşəbbüsünüz ilə TƏCİLİ köhnə Qanunda olan hüquqa zidd maddələrin ləğv olunmasını və yeni maddələr əlavə olunmasını təmin etmək üçün MM-də xüsusi KOMİSSİYA yaradılsın. Vətəndaşların ümidləri üzülüb AVROPA MƏHKƏMƏSİNƏ, Səfirliklərə, Beynəlxalq təşkilatlara ÜZ TUTMASINLAR. Dövlətçiliyimizə və Xalqa dəstək olun ki, Söyüşlər və Qarğışlar dayansın!
Bunun vacibliyini hətta sizin həmkarınız öz uzaqgörənliyinin ilə təsdiq etdi – baxın:
Hörmətli Deputatlar!
Tarixi Sosial Ədalətin, mülkiyyət və bərabərlik hüququnun pozulması, Məmurların qanunsuz hərəkətləri 100 minlərlə Vətəndaşı cox narazı salır və Məmur-Vətəndaş qarşıdurmasını QAÇILMAZ EDİR. Ölkə daxildə oliqarx Məmurlara və onların adamları olan SAHİBKARLARA qarşı nifrət, düşmənçilik və intiqam toxumu səpir. Tarix, Hüquq, Sosiologiya və Psixologiya, Siyasətlə məşğul olanlar öz təcrübəsindən bunu yaxşı bilirlər.
DİQQƏT EDİN gec ya tez hansısa SİYASİ qüvvələr Ədalətin və Konstitusiyanın bu cür kobud şəkildə pozulmasından istifadə edəcək. Hansısa Koroğlular oliqarx Məmurların və acgöz Sahibkarların AİLƏLƏRİNİN ƏMLAKLARINA GÖZ QOYACAQ.
Əziz Deputatlar!
Düzgün olmayan Əmlak bölgüsünün nə qədər ağır nəticələrə gətirib çıxaracağını “Səbr Edin deyərək” GÖZLƏMƏK ən böyük GÜNAH və ən böyük DÖVLƏT CİNAYƏTİDİR! Dövlətə və Xalqa qarşı düşmənçilikdir. Torpaqlarımızı QAN TÖKƏRƏK aldıq və indi öz VƏTƏNİMİZDƏ Miras Əmlak haqqımızı almaq üçün hansısa Əxlaqsız Məmurların QANINI TÖKMƏK VACİBDİRMİ? Mütləq nəzərə alınmalıdır ki, 65%-i Xalqa Çeklərlə Miras Əmlak Payı kimi Qanunla Vəd olunmuş orta və iri müəssisələrin Konstitusiya və Qanunlara ZİDD olaraq ancaq PULLA özəlləşdirməsi gələcəkdə yerli və XARİCİ İNVESTORLAR üçün ƏN BÖYÜK TƏHLÜKƏDİR! Xalqın yaddaşı heç nəyi unutmur!
Hörmətlə: ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ qrupu
https://www.facebook.com/groups/668471343515846
MilliYol.Az