İngiltərədə sərxoş bir gənc Polşalı turisti metro relslərinin üzərinə itələyib.
İstiPress-in “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, gənc, turistin rus olduğunu düşünüb və ondan, “Avro 2016”da rusların ingilislərə hücum etməsinin intiqamını almaq istədiyini açıqlayıb.
32 yaşlı Kristofer Kol iyunun 9-da, hadisə baş verərkən sərxoş imiş, platformada gözləyən digər sərnişinlərə də sataşırmış. Lakin 21 yaşlı gənci rusa oxşadınca, cinayətin tərzi dəyişir.
Anbaan metronun təhlükəsizlik kameralarına düşən görüntüdə gəncin relslərin üzərinə yıxılmasından 34 saniyə sonra qatarın gəldiyi deyilir.
Öz səyi və sərnişinlərin köməyi ilə relslərin arasından platformaya çıxarılan gənc dərhal xəstəxanaya çatdırılır. Bir barmağının qırılması və kürəyindəki yanıqlarla gənc, ölümdən son anda qurtulur.
Hakim qarşısına çıxarılan ingilis gəncə 10 il həbs cəzası verilir.
MilliYol.Az
Digər xəbərlər
loading...