"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Nicat Şakirli barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, ötən proses övlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nicat Şakirlinin 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Nicat Şakirlinin təqsiri sübuta yetirilərsə 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilı bilər.