"Hayat Park Residence" təşkilati-hüquqi formasını yenidən dəyişir.
İqtisadiyyat.az-ın xəbərinə görə, bununla da şirkət bir ayın içərisində artıq ikinci dəfə təşkilati-hüquqi formasını dəyişməsi barədə qərar verir.
Sonuncu qərara görə, "Hayat Park Residence" artıq Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılacaq.
Qeyd edək ki, "Hayat Park Residence" ötən ayın 15-də təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Mənzil-Tikinti Kooperativinə (MTK) çevrildiyini elan etmişdi.
Xatırladaq ki, “Hayat Park Residence” 2021-dək MTK olub, sonradan təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdi.
Şirkət 2013-cü ildə qövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Emil Baxşıyevdir. "Hayat Park Residence" 48 469 000 manat nizamnamə kapitalına sahibdir.