Etibarnamə ilə avtomobil satan şəxs ödənilməyən cərimələrə görə sürücülük vəsiqəsini dəyişə bilmir.
Belə bir problemlə Masallının Qızılağac kənd sakini Rafiq Həsənov üzləşib. O "Xəzər Xəbər"ə deyb ki, özünə məxsus 44-CF-825 dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ildə etibarnamə ilə Masallının Boradigah qəsəbəsində yaşayan bir nəfərə satıb.
Sonra yaşı ilə əlaqəli bu ilin yanvar ayında sürücülük vəsiqəsini dəyişdirmək istəyib.
Masallı “ASAN xidmət” mərkəzindən bildirilib ki, onun adına olan avtomobilin 80 manat cəriməsi var. Sürücülük vəsiqəsini yalnız bu cəriməni ödədikdən sonra dəyişdirə bilər.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev məsələ ilə bağlı bildirdi ki, cərimələrin mülkiyyətçiyə gəlməsinə səbəb verilmiş etibarnamənin müddətinin bitməsidir.
Onun sözlərinə görə, belə hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisinin rəsmi müraciəti əsasında məsələyə baxılır və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görülür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: