Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun birinci müavini işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Babayev Möhübbət Hacıbaba oğlu müvafiq əmrlə vəzifəsindən azad edilib. Onun yaşa görə təqaüdə çıxdığı deyilir.
Möhübbət Babayev həm də Lənkəran fövqəladə hallar komissiyasının sədri vəzifəsini tuturdu.
Qeyd edək ki, Möhübbət Babayev 2017-ci ildə sözügedən vəzifəyə təyin edilmişdi.
Xatırladaq ki, bir müddət əvvəl başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri Vüqar Adil oğlu Məmmədov da vəzifəsindən azad olunub.
Digər xəbərlər
loading...