Moskvanın Basmannı məhkəməsi azərbaycanlı sabiq yunan-Roma güləşçisi, milli komandamızın keçmiş üzvü Cabbar Yusifini 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
İdmançı silah satdığına görə həbs edilib.
"Məhkəmə Yusifi D.A.O.-nu 222-ci maddənin 2-ci hissəsi (qanunsuz olaraq odlu silahı, onların əsas hissələrini, döyüş sursatlarını satma) ilə təqsirli bilib və 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib", deyə məhkəmədə bildirilib.
Cabbar Yusifi 2023-cü ilin martında yol polisi tərəfindən saxlanılıb. Moskva Dairəvi Yolunda yol polisi postunun yol müfəttişləri sürücünün sənədlərini yoxlamaq üçün maşını saxlamaq istəyiblər, lakin o, onlara məhəl qoymayıb, təqib başlayıb və həyətlərin birində sürücü maşını tərk edərək qaçmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamaq üçün atəş açmağa məcbur olublar.
Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Azərbaycan əsilli Cabbar Yusifidir. Rusiya Federasiyası onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarışa verib. Həbs zamanı həmin şəxsin üzərindən tapança aşkar edilib.
Digər xəbərlər
loading...