Bakıda milyonlarla manat qiyməti olan bina evləri satılır. Evlərin qiyməti hətta 2- 2,5 milyon manatdır.
Ekspertlərin sözlərinə görə, belə mənzillər daha çox şəhərin mərkəzində yerləşir və daha çox yeni tikililərdə olur.
Belə mənzillərin baha olmasının ən əsas səbəblərindən biri onlara çəkilən təmir xərcləridir. Həmin evlərin təmiri xərci 1 kvadrat mertə görə 1500 manatdan yüksək olur. Buna isə səbəb istifadə olunan materialların xüsusi olaraq xaricdən sifariş olunmasıdır. Belə evlər xüsusi dizaynda olur, müasir texniki vasitələrlə təchiz olunur.
Ekspert Ramil Osmanlının sözlərinə görə, il ərzində orta hesabla onlara 15 belə evin satışı üçün müraciət edilir. Belə evlərin alıcıları isə yerli zənginlərlə yanaşı, əcnəbilər də olur.
Belə evlər əksər hallarda boş satılır. Yəni bu qədər baha olmasının müqabilində hər hansı bir mebel olmur. Alıcı sadəcə təmirə və evin yerləşdiyi əraziyə görə o qədər pulundan keçməli olur.
MilliYol.Az
Digər xəbərlər
loading...