Ağdamda icra nümayəndəsi yol qəzasında ölüb.
APA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu idarə etdiyi 02-BR-360 dövlət nömrə nişanlı, "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...