Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Samir Ağabalayevə həvalə edilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.
S.Ağabalayev uzun müddətdir nazirliyin aparatında çalışır. Nazirin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsini icra etmək müvəqqəti olaraq S.Ağabalayevə tapşırılıb.
Xatırladaq ki, 2019-2023-cü illərdə Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev olub. O, ötən ilin sonlarında vəzifəsindən azad edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub.
Digər xəbərlər
loading...