Son zamanlar xəstələrin bir çoxu müayinədən keçmədən müalicəni həkimlərin vatsapla yazdığı dərmanlarla edirlər. Bu isə dəqiq diaqnoz qoyulmasına mane olur və həmin insanların həyatını təhlükə qarşısında qoyur. Həkimlərin bir çoxu bu cür müalicə üsulunun hətta insanların həyatı bahasına başa gələcəyini düşünürlər.
Bir çoxları hansısa xəstəliyə tutulduqda həkimə getmək əvəzinə həkimlərə müraciət edərək vatsapla resept göndərməsini xahiş edirlər. Bu artıq indi bir çoxları üçün müasir müalicə dəbi halına gəlib.
Xəstə adətən həkimə xəstəliklə bağlı qısaca məlumat verir həkim isə xəstəni nəy,inki müayinə etmədən üzünü belə görmədən ona dərman yazır. Bu isə vatsapla göndərilən reseptin təyinata uyğun olmamasına, nəticədə isə həmin şəxslərin sağlamlığına ciddi təhdid yaratmasına səbəb olur. Vətəndaşların bir çoxu belə müalicə üsulunun ciddi problemlərə səbəb ola biləcəyini düşünürlər.
Həkimlər də bir çox pasiyentlərin bu şəkildə müalicə almaq üçün onlara müraciət etdiklərini təsdiqləyir. Ancaq həkimlərin də əksəriyyəti belə düşünür ki, bu cür müalicə üsulu əslində ciddi sağlıq problemlərinə gətirib çıxara bilər.
Bəzən isə insanlarda adətən elə sağlıq problemləri mövcud olur ki, bu problemləri bilmədən həkim ona hansısa dərmanı yazarsa bu həmin şəxsin vəziyyətini daha da ağırlaşdıra bilər. Buna görə həkimlər müayinəsiz müalicənin tibbi qaydalara görə mümkün olmadığını düşünürlər.
Həkimlər sonradan ciddi sağlıq problemləri ilə qarşılaşmamaq üçün vətəndaşlara müayinə olunmadan müalicə olmamağı tövsiyyə edirlər. Eyni zamanda bu addımdan həkimlər də çəkinməlidir. Çünki müayinə etmədən kiməsə dərman yazmaq tibbi təlimatlarda yoxdur və belə bir addımın atılması qəti qadağandır. Həkimlərin belə addımı sonda hüquqi məsuliyyətə də səbəb ola bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...