Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüş başa çatıb.
MilliYol.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İkitərəfli görüşdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə görüşü keçirilib.
13.52
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.
MilliYol.az xəbər verir ki, görüş Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutur və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.