"Fontan-2" və "Fayton-N" şirkətləri bağlanıb.
İqtisadiyyat.az xəbər verir ki, hər iki şirkət ləğv olunduğunu elan edib.
Bununla yanaşı şirkətlərin ikisinin də VÖEN şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarışları itib.
Qeyd edək ki, 2014-cü ildə yaradılan hər iki şirkətin qanuni təmsilçisi, Xaçmaz rayon sakini Nurullayev İlqar Arif oğludur. Onun Vüsal adlı qardaşı və atası da rayonda bir neçə şirkətə sahibdir.
Digər xəbərlər
loading...