LGBTİQ+ üzvü Xəlilli Elzamin Ruhi Əsəb Dispanserinə yerləşdirib.
Saytımıza müraciət edən şikayətçi bildirir ki, buna səbəb onun ailəsinin polisə şikayət etməsi olub: "Ailəm homoseksual olduğumu bildikdən sonra mənə qarşı psixoloji və fiziki şiddətlər sangimir.
Ailəm qəbul edə bilmir ki, dünyada bəzi insan homoseksual ola bilər. Mənim LGBTİQ+ üzvü olmağıma görə ailəm polisə müraciət etdi. Nəticədə məni məcburi formada Maştağada yerləşən Ruhi Əsəb Dispanserinə yerləşdiriblər.
Burada mənə qarşı psixoloji şiddət göstərilir. Həkimlər bilmədiyim tibbi dərmanlardan məcburi formada məni içizdirirlər. Həkimlər, tibbi personal mənə qarşıçox amansız münasibət sərgiləyir. Daimi məni ələ salır, təhqir edirlər. Bu azmış kimi məcbur formada mənə pornoqrafik videolara baxmağa məcbur edirlər.
Xəlilli Elzamin bildirir ki, bura gəlmək onun şəxsi iradəsi ilə olmayıb: "Baxmayaraq ki, 18 yaşım çoxdan tamam olub. Amma bütün hüquqlarım pozulub. Məni əsir kimi burda saxlayırlar. Başıma nələr gələcəyinə dair heç bir fikrim yoxdur. Gələcəyimlə bağlı çox narahatam".