Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
MilliYol.az xəbər verir ki, bunu Ş.Mişel "X" hesabında yazıb:
“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı üçün ən xoş arzularımı bildirdim”.
O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Ermənistan-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub.
“Ermənistan-Azərbaycan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı”.
Digər xəbərlər
loading...