Ermənistan prezidenti Serj Sarkisyan erməni ordusunun yaranmasının 25 illiyi münasibəti ilə hazırladığı məktubda Azərbaycanın işğal edilmiş ərazilərindən danışıb.
İstiPress-in məlumatına görə, aprel döyüşlərindən bəhs edən erməni prezident işğal edilmiş Azərbaycan ərazilərini “təhlükəsizlik zolağı” adlandırıb:
“Bu hadisələr Arsax (Dağlıq Qarabağ - red.) ətrafında təhlükəsizlik zolağının nə qədər həyati vacib önəm daşıdığını aydın göstərdi. Biz öz evimizin eyvanında və mətbəxində daha bir uzun müharibə aparmaq niyyətimiz yoxdur”.
Maraqlıdır ki, erməni xalqı ordu gününə çox laqeyd yanaşıb. Ermənistan prezidenti İrəvan yaxınlığında Andranik Ozanyan və Monte Melkonyan kimi terrorçuların dəfn edildiyi Yerablurda erməni ordusuna həsr edilmiş abidəni ziyarətə gedən zaman tədbirə cəmi 20-30 nəfər qatılıb. Onların da çoxu Serj Sarkisyana şikayət məktubu vermək istəyən yoxsul adamlar olub. Serj Sarkisyanın adamları yalnız bir adamdan məktub götürərək hadisə yerindən uzaqlaşıblar. Qalan adamların çağırışına fikir verən də olmayıb.
Ermənistanda Qarabağ müharibəsinə və erməni ordusuna əsl münasibət iki ay qabaq keçirilmiş sosial aksiyada yayılmış bəyanatda daha qabarıq özünü göstərir:
“Ermənistan ordusu heç zaman yaxşı yer olmayıb və çətin ki də olsun. Bizdə orduya getməmək üçün insanlar ölkəni tərk etməyə, iki ilə qazandıqlarından çox pul verməyə, damarlarını kəsməyə hazırdırlar. Deyirlər, ordu millətin fəxridir, yox ordu millətin başının bəlasıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...