Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başlayıb.
MilliYol.az xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.
Görüş İcevanla Qazax sərhədində keçirilir.
Məlumata görə, görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsi gözlənilir.
Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.
Digər xəbərlər
loading...