"O biri oğlum Rusiyadadır. Şahbazdı adı, bəlkə eşidərsən. Çox qeyrətli oğlandır. Çox çətin döyüşlərdə oldu müharibədə tanrı onu saxladı. Çox şükür tanrıya" deyir Şahbaz Quliyevin anası...
Tanrının döyüşlərdə qoruyub saxladığı Şahbazı 3 ilə yaxındır ermənilərin girov saxladığından anası Sənəm xala xəbərsizdir. 80 yaşlı ağbirçək cəbhənin 200 metrliyində yerləşən Tərtərin Qapanlı kəndindəki evində tək yaşayır. 5 övlad anasıdır. Hər üç oğlu Qarabağda gedən döyüşlərə yollananda onun qayğısına qızları qalıb. Deyir övladlarımdan razıyam indi də hamısı tez-tez gəlib mənə baş çəkir. Şahbazdan başqa, o ancaq yuxularıma gəlir.
Ürəyində bəlkə də onu xəbərsiz qoyan övladından inciyir Sənəm xala. Lakin bunu dilinə gətirmir. Hər bir ana kimi tək bir zəng və ya bir sətirlik məktubdur gözlədiyi. Hətta qohum-əqrabadan Şahbaz üçün iş soraqlayır. Təki oğlu qayıdıb gözünün qabağında yaşasın.
Şahbazın girovluqda olduğunu Sənəm xaladan gizləmələrinin səbəbini onun səhhətindəki problemlərlə bağlayır qohumları. Hazırda onlar da Şahbazdan nigarandır. Ötən ilin oktyabr ayında aldıqları son məktubda Şahbaz yaxşı olduğunu qeyd edib. Məktubun təzyiq altında yazıldığını düşünən yaxınları BQXK-nin fəaliyyətini də qənaətbəxş hesab etmir.
" Məktub bacısına gəlir BQXK onlarla əlaqə saxlayır. Bacısı İradə ilə. Biz gözləyirdik ki, bu 3 il ərzində Şahbazı alıb gətirərlər. Dəfələrlə biz bunu demişik ki, bizim öz torpağımızdan özümüzü əsir aparırlar bu nə dərəcədə qanuna uyğundur" deyir Şahbaz Quliyevi əmisi oğlu.
Yanvar ayında bacısı BQXK vasitəsilə Şahbaza məktub göndərsə də bu günə kimi cavab ala bilməyib. Sənəm xalanın sonbeşik oğlu Şahbazdan bu gün təkcə anası yox bütün Azərbaycan xəbər gözləyir.
Qeyd edək ki, Kəlbəcər rayonuna doğmalarının məzarlarını ziyarət etmək məqsədilə gedən vətənpərvərlər 2014-cü il iyul ayının 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Hadisələrdə Dilqəm Əsgərov və Şahbaz Quliyev əsir götürülmüş, Həsən Həsənov isə öldürülmüşdür.
MilliYol.Az
Digər xəbərlər
loading...