Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
"Xəzər TV”də yayımlanan "Təsir Dairəsi” verilişində Cavidin itkin düşməsində adı hallanan Vüqar Cəfərov danışıb.
Qeyd edək ki, o, itkin düşən Cavid Bayramovla telefonla danışan son adam olub.
"Cavid məndən inək almaq istəyirdi. Telefonla zəngləşib mala baxmağa getdik. Sahəmizdə mal-qaraya baxanda kənd sakini olan xanım bizi görüb. Cavidlə qiymətdə razılığa gələ bilmədiyimiz üçün malı onu satmadım”.
Vüqar Cəfərov açıqlaması zamanı Cavidin itkin düşdüyü gün onunla telefon danışığı aparmadığını qeyd etsə də, daha sonra bunu etiraf edib.
Verilişin aparıcı Lalə Azərtaş Cavidin axtarışına dəstək olan Oxu.Az sayıtna təşəkkürünü bildirib.
O qeyd edib ki, sözügedən mövzu Azərbaycan mediasının diqqətindədir.
Ətraflı süjetdə:
Digər xəbərlər
loading...