Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.
MilliYol.az xəbər verir ki, Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.
Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.
13.26
Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
MilliYol.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisə nəticəsində 63 nəfər ölüb. Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.
"Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm ", deyə Belqorod vilayətinin qubernatoru Qladkov "Telegram" kanalında yazıb.