Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.
MilliYol.az xəbər verir ki, hadisə Şirvan şəhərindəki "Araz” zavodunda qeydə alınıb.
Partlayış zamanı iki nəfər xəsarət alıb. Hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Cahangir oğlu Babayev və Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.
Şirvan Şəhər Prokurorluğundan qeyd olunub ki, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Şirvan Araz zavodu" MMC-də partlayış baş verməsi barədə məlumat daxil olub. İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.