Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb.
MilliYol.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunun Zabrat şosesində qeydə alınıb.
3 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
"Kia”markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan "Toyota”nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq "Land Rover” markalı nəqliyyat vasitəsi "Toyota”ya çırpılıb və zəncirvari yol qəzası baş verib.
"Toyota”nın sürücüsü - 1964-cü il təvəllüdlü Həsənova Firuzə Nadir qızı xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 1984-cü il təvəllüdlü Həsənov Polad Məhəmməd oğlu bundan hiddətlənərək "Land Rover”in sürücüsü ilə mübahisə edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib.