Səməd Seyidov “Şöhrət” ordeni ilə təltif edilib.
MilliYol.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə o, “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yanvarın 22-də 60 yaşı tamam olur.
Digər xəbərlər
loading...