Bir neçə gün əvvəl İŞİD terror təşkilatından azad edilən İraqın Mosul şəhərinin şərqində ələ keçirilən sənədlər təşkilatla bağlı bəzi həqiqətləri ortaya çıxarıb.
Sənədlər İŞİD üzvlərinin belə təşkilatın qoyduğu qaydalara əməl etmədiyini göstərir.
2014-cü ilin iyun ayında Mosulu ələ keçirən İŞİD siqaret, televiziya və mobil telefondan istifadə kimi bəzi qadağaları tətbiq edib, həmçinin müəyyən geyim tərzini məcburiyyət halına gətirib. İŞİD qadağaları pozanları isə ağır şəkildə cəzalandırırdı.
Mosulun şərqində ələ keçirilən sənədlər isə göstərir ki, uşaqlara qarşı cinsi istismar, spirtli içkilərdən istifadə və fahişəxanalara getmək təşkilat üzvləri arasında geniş yayılıb.
Sənədlər bəzi İŞİD üzvlərinin sözügedən cinayətlərə görə cəzalandırıldığını ortaya çıxarıb. Sənədlərdə ilk olaraq hər əmri yerinə yetirməyə hazır olduqlarını deyən, ancaq sonradan qərarlara qarşı çıxan 15 nəfərin adı var.
Onlardan biri, Fransa vətəndaşı “Əbu Fars” kod adlı Mahmud Hızır Mahmud döyüşməkdən imtina edib. Fransalı Əbu Mühacir və Abdulvadud döyüşməkdən imtina etdiyi üçün həbs edilib.
Kosovalı Əbu Musa kimi tanınan Ayat Osman da döyüşməkdən imtina edən İŞİD üzvlərindəndir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...