Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə kobud davranmaları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Bu qəbildən olan arzuolunmaz olaylardan biri isə Masallı rayonunda yaşanıb.
Başına gələnləri Savash.org-a danışan Masallı rayon sakini Aydın İslamov rayon DYP-nin kapitanı Şəmşir Kərimovdan şikayətçidir.
Şikayətçinin sözlərinə görə, idarə etdiyi avtomobili saxlayan YPX kapitanı, onun sənədlərini, o cümlədən şəxsiyyət vəsiqəsini yerə tullayaraq tapdalayıb: "Bundan sonra mən şəxsiyyət vəsiqəmi yerdən götürmədən hadisə yerindən uzaqlaşdım, artıq neçə müddətdir ki, şəxsiyyət vəsiqəmin harada olmasından xəbərsizəm. Başıma gələnlərlə bağlı DİN-in 102 "qaynar xətt”inə və hüquq-mühafizə orqanlarına məlumat versəm də, bunun heç bir faydası olmayıb”.
O, pozulmuş hüquqlarının bərpasını və YPX əməkdaşına yaraşmayan davranış sərgiləyən kapitan Şəmşir Kərimovun cəzalandırılmasını istəyir.
MilliYol.Az
Digər xəbərlər
loading...