Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Belə ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcəkdir.
"28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq. 2040-cı ilədək "28 May” - ”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.
2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur ("28 May"stansiyasının yenidən qurulması daxil olmaqla).
2027-ci ilədək nəzərdə tutulan hədəflər:
• Metronun əhatə dairəsinin genişləndirilməsi;
• bənövşəyi xətt üzrə "Xocəsən-Avtovağzal" hissəsinin, "B-03" və "B-04" stansiyalarının
tikintisi;
• yaşıl (dairəvi) xətt üzrə "Dərnəgül" elektrik deposunun, "Y-03", "Y-02" "Y-14" və
"Y-15" stansiyalarının tikintisi.
Dairəvi metro şəbəkəsinin tamamlanması istiqamətində ilk addımların atılması:
• Qazma avadanlıqlarının paralel istifadəsi ilə bütün tunellərin mümkün dərəcədə
səmərəli (müstəqil, eyni zamanda) qaydada genişləndirilməsi;
• birinci yarım həlqəvi şəbəkənin qurulması istiqamətində zəruri addımların atılması
(2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur);
• relsli nəqliyyat imkanlarının əhatə dairəsinin tədricən bütün ərazilərdə təmin olunması;
• relsli nəqliyyat növləri üçün tranzit ictimai nəqliyyat bağlantılarının genişləndirilməsi
istiqamətində zəruri addımların atılması (2030-cu ildən sonrakı dövrdə);
• metro nəqliyyatı ilə əlaqələndirilmiş nəqliyyat qovşaqlarının/nəqliyyat mübadilə
mərkəzlərinin təşkili üçün zəruri ilkin imkanların və şəraitin yaradılması (2030-cu ilə qədər
tamamlanması nəzərdə tutulur);
• relsli nəqliyyat sistemləri üzrə sərnişindaşıma həcmlərinin əhəmiyyətli dərəcədə
artırılması üçün ilkin şəraitin yaradılması (2030-cu ildən sonrakı dövrdə);
• 28 May ərazisində təkmilləşdirmələrin aparılması üçün zəruri ilkin imkanların və şəraitin
yaradılması (2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur);
• şəhər inkişaf ərazilərində (məsələn, keçmiş sənaye əraziləri) tranzit təyinatlı inkişafın
təmin edilməsi.
Şəbəkədə "ən kritik nöqtə”nin yaranmaması üçün ilkin şəraitin yaradılması (2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur). Şəbəkədə ilkin optimallaşdırmanın təmin edilməsi üçün şəraitin (şəbəkənin tamamlanması) yaradılması (2031-ci ilə qədər tamamlanması nəzərdə tutulur).
Dəstəkləyici infrastrukturun yaradılması:
• sistemin fəaliyyəti üçün zəruri əməliyyat tələblərinin qarşılanması (texniki xidmət, enerji
təchizatı və s.).
Gələcək inkişaf – 2040-cı il
Şəbəkədə "ən kritik nöqtə”nin yaranmasının qarşısının alınması:
• Mərkəzi relsli tranzit nəqliyyat qovşağının tam işləkliyinin təmin edilməsi (2030-cu ildən
sonrakı dövrdə);
• iki əsas xəttin imkanlarından optimal dərəcədə istifadənin təmin edilməsi üçün şəraitin
yaradılması - Qırmızı və Yaşıl xətlərin ayrılması (2030-cu ildən sonrakı dövrdə);
• sərnişin axınının asanlaşdırılması və təhlükəsizliyin artırılması (2030-cu ildən sonrakı
dövrdə).
Əsas şəbəkənin optimallaşdırması (şəbəkənin genişləndirilməsi):
• qırmızı xəttin işləkliyinin/sərnişindaşıma imkanlarının artırılması (2030-cu ildən sonrakı
dövrdə);
• relsli nəqliyyatın şəhəri tam əhatə etməsinə nail olunması;
• relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi.
Dairəvi metro şəbəkəsinin tamamlanması (yaşıl xətt):
• əks istiqamətlərdə eyni vaxtlı hərəkətə imkan verən dairəvi metro şəbəkəsinin
yaradılması;
• relsli nəqliyyatın şəhərin şərq hissəsini tam əhatə etməsinə nail olunması;
• relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi;
• metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqlarının yaradılması;
• relsli nəqliyyat sisteminin sərnişindaşıma qabiliyyətinin təqribən iki dəfə artırılması.
Mövcud xətlərin uzadılması (bənövşəyi xətt):
• yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması;
• "Ağ şəhər” və "Port Baku” ərazisinin xidmətə çıxışının təmin edilməsi;
• şəbəkənin inkişaf etdirilməsi;
• perspektivdə Xırdalan şəhərinə metro xəttinin çəkilməsi.//baku.ws
Digər xəbərlər
loading...