Azərbaycanın Əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib.
“Report” xəbər verir ki, sənətçi İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Xatırladaq ki, G.Şükürlü uzun sürən xəstəlikdən sonra yanvarın 5-də 62 yaşında dünyasını dəyişib.
Fotolar
loading...