Xaçmaz Gömrük İdarəsinin Samur buraxılış məntəqəsində vətəndaşın başına görünməmiş hadisə gəlib. Bu barədə vəkil Yalçın Hacıbəyli məlumat yayıb.
Vəkil bildirir ki, Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı Alışov Cabir Sənhan oğlu yanvarın 5-də Xaçmaz Gömrük İdarəsinin Samur buraxılış məntəqəsindən keçərkən üzərində olduğu 88 min ABŞ dollarını bəyan etmək məqsədi ilə orada növbədə olan gömrük əməkdaşlarına yaxınlaşıb və latın qrafikası ilə yaza bilmədiyi üçün bəyannamə doldurulmasında ona kömək edilməsini xahiş edib. Ondan bəyənnamənin doldurulması üçün pasport və 5 manat pul istənilib. Vətəndaş tələb olunan sənədi və pulu təqdim edib.
Amma növbə rəisi olan Emil Əliyev tərəfindən yazılmış bəyənnaməni imzalayan zaman valyutanın məbləğinin 88 min əvəzinə 28 yazıldığını görərək sənədi imzalamaqdan imtina edib. Bundan sonra bir neçə gömrük əməkdaşı onu aldatmağa çalışıb ki, guya ölkəmizə bu məbləğdə dollar buraxılmır. Ona görə də Cabir Alışov bəyannaməni imzalamayıb.
Vəkilin verdiyi məlumata görə, hazırda işi Gömrük Komitəsinin İstintaq İdarəsi araşdır. Keçid məntəqəsində olan kameraların çəkdiyi görüntülər Cabir Alışovun qanuni yolla sahib olduğu (valyutanın mənbəyinə dair sənəd mövcuddur) valyutanın könüllü bəyan etmək məqsədilə gömrük əməkdaşlarına yaxınlaşması faktını təsdiqləyir. Üstəlik, bu səsyazmada da pulun bəyan edilməməsi yox, məbləği müzakirə olunur. Bütün bu sübutlara baxmayaraq, sahibkarın pulu, nəqliyyat vasitəsi və sənədləri özünə qaytarılmır. Ən dəhşətlisi isə odur ki, vətəndaş guya valyutanı bəyan etməyib deyə təqsirkar qismində dindirilir.
Qeyd edək ki, ölkəyə valyuta gətirilməsi “Valyuta tənzimlənməsi haqqında” qanunla və Mərkəzi Bankın 16 mart 2016-cı il tarixli 16/01 saylı qərarı ilə tənzimlənir. Hər iki qanunvericilikdə də ölkəmizə valyuta gətirilməsinin məbləğində hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Sadəcə olaraq 10 min ABŞ dolları ekvivalentində valyutanın şifahi, ondan çox olan məbləğ haqqında yazılı bəyannamənin verilməsi göstərilib. Həmçinin qanunlarda gətirilən valyutanın mənbəyinin təqdim edilməsi haqqında da mütləq göstəriş yoxdur. Elə bu fakt bəs edir ki, gömrük əməkdaşlarının “50 mindən çox yazmaq olmaz” yalanı ifşa olsun, sahibkarı aldatmaq cəhdləri sübut edilsin və aldadan gömrük əməkdaşları haqqında tədbir görülsün.(qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...