Qax Rayon Mərkəzi Xəstəxanasının yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi məlum olub.
Ölkə.az-ın məlumatına görə, sorğunun qalibi “EFC Group” MMC ilə 9,180 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, xəstəxana tərəfindən müsabiqə 24.11.2023 tarixində elan olunub. “EFC Group” MMC isə bundan 3 ay əvvəl - 22.08.2023 tariində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Quliyev Elçin Rzabala oğlu, hüquqi ünvanı Abşeron rayonu, Masazır, Qurtuluş y/k, ev 34, m. 8-dir.
Fotolar
Digər xəbərlər
loading...