Türkiyəli siyasətçi Sinan Oğan "Qalatasaray" ilə "Fənərbaxça” arasında Türkiyə Superkubok matçının Xankəndində keçirilməsini təklif edib.
MilliYol.az xəbər verir ki, siyasətçi bu barədə "X" platformasında yazıb.
Sinan Oğanın sözlərinə görə, əgər oyunun xarici ölkədə keçirilməsi şərtdirsə, o zaman Xankəndi şəhər stadionunda keçirilsin: "Əks halda, bu final Türkiyənin paytaxtına yaraşır".
Qeyd edək ki, Superkubok oyunu dünən Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin bəzi qadağalar səbəbindən komandalar oyuna çıxmaqdan imtina edib.
Digər xəbərlər
loading...