Xaricdə təhsil və iş üzrə "Smart Business Group" şirkətinin direktoru Anar Xəlilov barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.
Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbuhi Hüseynovun icraatındadır. 9 yanvar 2024-cü il tarixinə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
Anar Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Bu ilin aprelində mediada həkim, reanimatoloq Gündüz Qasımovun Anar Xəlilovun əməlləri ilə bağlı müraciəti dərc edilib. Gündüz Qasımovun sözlərindən aydın olur ki, o da Anar Xəlilovun qurbanlarından biridir.
Gündüz Qasımov
Həkim bildirib ki, Anar Xəlilov özünü vətəndaşlara Azər Əliyev kimi təqdim edib: "Mənimlə birlikdə 50-dən çox insana Türkiyə, Avropa universitetlərinə qəbul, Amerikaya səyahət, Avropada iş vizası almaq, eləcə də guya Rusiya və Türkiyədən deport olunmuş şəxslərin adının siyahıdan çıxarılması vədlərini verib. Müxtəlif adamlardan ümumilikdə 100 mindən çox pul alıb".
Gündüz Qasımovun sözlərinə görə, Anar Xəlilov 3 dəfə dədləduzluq əməlinə görə mühakimə olunub. Sonuncu dəfə Monteneqroda həbs edilib. Lakin bir müddət Kürdəxanı təcridxanasında saxlanıldıqdan sonra azadlığa buraxılıb.
Anar Xəlilovun cinayət işi üzrə 5 nəfər zərəçəkmiş qismində tanınıb.
178.3.2-ci maddə ilə Anar Xəlilovu on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Digər xəbərlər
loading...