Müdafiə Nazirliyinin (MN) sabiq əməkdaşı Ədalət Teymurlu vəfat edib.
MilliYol.az xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, mərhum Ə.Teymurlu ötən əsrin 90-cı illərində MN-in Mətbuat Xidmətində, o cümlədən Sənədli Filmlər Kinostudiyasında zabit kimi xidmət keçib.
"Bu gün (dünən-red.), dekabrın 23-də Ədalət qardaşımız öz doğma oğlu Teymura günün birinci yarısında nişan məclisi düzənləmişdi və yaxın vaxtlarda evinə gəlin gətirməyə hazırlaşırdı", deyə Ü.Cəfərov qeyd edib.
Digər xəbərlər
loading...