Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.
Belə ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi məhkəməyə müraciət edərək E.Ağamalının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edib.
Buna səbəb isə vergi borcunun olduğu bildirilir.
İş hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq və müraciətlə əlaqədar dekabrın 29-na məhkəmə baxışı təyin edilib.
Əgər məhkəmə dövlət qurumunun müraciətini təmin etsə, deputatın oğlunun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, E.Ağamalı biznes fəaliyyəti ilə məşğul olur. O, 2003-cü ildə yaranan "Altus" şirkətinin qanuni təmsilçisidir.
Digər xəbərlər
loading...