Xəbər verdiyimiz kimi, dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib.
Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.
Faktla bağlı prokurorluq orqanları ilə Dövlət Sərhəd Xidmətinin birgə araşdırma işləri aparılır.
Qeyd edək ki, Qubadlıda vəfat edən əsgər Xəyal Həsrətov İsmayıllı rayonunun Tircan kəndindəndir.
Vəfat edən hərbçimizin fotosunu təqdim edirik:
Digər xəbərlər
loading...