Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.
MilliYol.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb.
O qeyd edib ki, satılan malikanənin qiyməti yarım milyon dollardan bir qədər artıq olub: "Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”.
Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də Florida ştatının Palm-Kost şəhərində yaşayır. Təxminən 100 000 əhalisi olan şəhər Dubaydakı məşhur Palma adalarına bənzəyir. Palm-Kost şəhərindəki evlər hər tərəfdən su kanalları ilə əhatə olunub. Şəhərdəki evlərin qiyməti də ABŞ-nin daşınmaz əmlak bazarı üçün kifayət qədər yüksək hesab olunur.