İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqələrinin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Agentliyi tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınmasına görə, 4 şirkətə ümumilikdə 8 milyon 248 min 526 manat 95 qəpik xərcləyəcək.
Belə ki, İTS "Medsol” MMC-yə 6 milyon 674 min 859 manat 30 qəpik, "Kripto Lab” MMC-yə 1 milyon 31 min 883 manat 3 qəpik, "Gill Med” QSC-yə 501 min 535 manat 40 qəpik, "Azfar Med” MMC-yə 40 min 249 manat 22 qəpik ödəyəcək.
Digər xəbərlər
loading...