Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında, Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
MilliYol.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Prezidentin digər sərəncamları ilə Qüdsi Osmanov Azərbaycan Respublikasının Rumıniyada, Ülvi Vaqif oğlu Baxşəliyev isə Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Ülvi Baxşəliyev indiyədək Azərbaycanın Belarusdakı səfiri olub. O, həmin vəzifədən bu gün geri çağırılıb.
Digər xəbərlər
loading...