Erməni mənşəli qumarbaz Dan Bilzerian barədə şok faktlar ortaya çıxıb. İstiPress-in məlumatına görə, Bilzerianın qumardan milyonlarla dollar qazandığı barədə xəbərlərin və iddiaların yalan olduğu idddia edilir. Belə iddialara poker oyunlarında köməkçi kimi iştirak edən Doug Polk çıxış edib.
O, "Youtube"da "Dan Bilzerian poker oynamaqla milyonlarla qazandığını söyləyir" başlıqlı video yayıb. Polk videoda Bilzerianın poker oynaması ilə bağlı hissə də göstərib. Polkun iddiasına görə, Bilzerian yaxşı qumar oynaya bilmir. O, Bilzerianın atasından qalan pullarla yaşadığını iddia edib.
"Bilzerianın atası zamanında milyonlarla dollar qazanıb. Ata Bilzerian 1980-ci illərdə həbs olunub. Daha sonra 50-60 min dollar pul ödəməklə azadlığa çıxması barədə razılığa gəlib. Amma bu pulun az bir hissəsi ödənilib. Pulun qalan hissəsi isə yoxa çıxıb".
Doug Polk yoxa çıxan pulların Bilzerian tərəfindən istifadə olunduğunu iddia edir. Maraqlıdır ki, bir çox məşhur poker oyunçuları da Dan Bilzerianın yaxşı qumar oynaya bilmədiyini deyirlər. Erməni əsilli qumarbazın hazırda tam olaraq nə işlə məşğul olduğu bilinməsə də, o, poker oyunçusu və pleyboy kimi məşhurlaşıb. Dan Bilzerianın özü barəsində yayılan iddialarla bağlı heç bir açıqlama verməyib.
Bilzerian hazırda "instagram"da ən çox izləyicisi olan şəxslərdən biri hesab edilir. Onun izləyicilərinin sayı 20.6 milyon nəfərə bərabərdir. Qumarbaz bahalı həyat tərzi, avtomobillər və əyləndiyi qızlarla izləyicilərin diqqətini cəlb edə bilib.
Məlumatın xüsusən diqqət çəkən məqamı isə qumarbazın Qarabağdakı separatçı ermənilərə dəstək olması ilə bağlıdır. O, müxtəlif vaxtlarda erməni separatçılara yardım etməsi ilə də gündəmə gəlib. 2015-ci ilin iyun ayında Dan Bilzerianın Qarabağ ermənilərinə 80 ədəd snayper tüfəngi hədiyyə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...