Müğənni Vəfa Şərifova iş adamı həyat yoldaşı Famil Xəlilovdan ayrılıb.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Həmin Zaur" verilişində danışıb. O, Famillə rəsmi nikahda olmadığını bildirib:
"Nikahımız yox idi, kəbin kəsdirmişdik. Ona da son qoyduq. Bu günə qədər düşünmədən heç bir addım atmamışam. Daha yaxşı yollar olsaydı, hər halda orada addımlayardım. Belə gətirdi və belə oldu. Üç və ya dörd uşaqla da ayrılanlar var. Onun sevgisini, diqqətini sevirdim. Sevən bir insanın sevmədiyini görmək ağırdır bir qadın üçün. Ona görə də qismət belə oldu".
Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.
Digər xəbərlər
loading...