Türk qəhvəsi, Türkiyə ənənələrinin vacib bir hissəsidir. Qəhvə insanları bir yerə toplayan, ictimailəşməyə kömək edən sosial vasitəçidir və rolu o qədər yüksəkdir ki, əsas görüşlər və ya yemək sonrası söhbətlər eyni sual ilə başlayır: "Qəhvənizi necə istərdiniz?". Bu unikal zövq və ənənəvi dəyər, 2013-cü ildə Türkiyə qəhvəsinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsi siyahısına daxil olması ilə nəticələndi. 2013-cü ildən etibarən 5 dekabr “Dünya Türk Qəhvəsi Günü” olaraq qeyd olundu.
Əsrlər boyu mədəni irs
Türk qəhvəsi, 16-cı əsrdən, bu torpaqlarda ilk dəmləndiyi gündən, sosial həyatın mərkəzində olmuşdur. Geniş Osmanlı coğrafiyasında bu adət-ənənə həddən artıq yayılmışdır və Türk mədəniyyəti üçün kritik rola sahibdir. Belə ki, səhər yeməyi olan "Kahvaltı" sözü "qəhvədən əvvəl" kimi tərcümə olunur.
"Qəhvənizi necə istərdiniz?"
Türk qəhvəsinin dəmlənməsi üsulu əsrlər boyu dəyişməz qalıb və bu, onun unikal olma səbəblərindən biridir. Türk qəhvəsi, “Cevze” adlandırılan bənzərsiz bir qazanda soyuq suda toz qəhvəni dəmləməklə hazırlanır. Qəhvənin üstü məxmər köpüklə örtülüb qaynadıqdan sonra qəhvə stəkanlarına süzülür. Digər qəhvələrdən fərqli olaraq, türk qəhvəsi çöküntüsü ilə stəkanlara süzülür, bir stəkan su və şirniyyatlarla, əsasən məhşur tük lokumları ilə servis olunur.
Qəhvə dənələrinin dadı və hazırlanma üsulları ölkənin bölgələri daxilində maddələr və vərdişlər əsasında dəyişə bilər. Egey bölgəsindəki bütün mastik ağaclar, onlarla birlikdə mastik saqqız ilə türk qəhvəsi hazırlama ənənəsini gətirir. Püstə dənələrini qurutmaqla hazırlanan Menengiç qəhvəsi, Gaziantep və Cənubi Şərqi Anadolu bölgəsində çox məşhurdur. Dibek qəhvəsi, mülayim ətiri ilə xatırlanan, süd ilə servis edilən bənzərsiz bir türk qəhvəsi kimi olduqca məhşurdur. Sərt və acı bir qəhvə kimi tanınan Mırra qəhvəsinə isə Türkiyənin Cənub-Şərqi mahalları Şanlıurfa və Mardində tez-tez üstünlük verilir.