19 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Cem Fələk Finlandiyada çıxış edəcək. MilliYol.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Rovaniemi” klubu ilə müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gündü baxışda olan futbolçu özünü yaxşı tərəfdən göstərib və onunla 1+1 illik müqavilə imzalanıb.
Klubun rəsmi saytına danışan Cem Fələk bunları deyib: “Futbolu ürəklə oynamaq mənim qanımdadı. Yeni klubumdakı çıxışımla azarkeşlərimizi sevindirəcəyəm. Cinahda sürətli oynamağı bacarıram. Bu keyfiyyətimin komandaya fayda verəcəyini düşünürəm. Baş məşqçimiz Yuha Malisenlə söhbətdə onun məndən nə gözlədiyini və bunu bacaracağımı dərk etdim”.
Qeyd edək ki, vaxtilə “Xəzər Lənkəran”la da müqavilə imzalayan Cem Fələk Almaniyanın “Ayntraxt” (Frankfurt), “Bohum”, Şotlandiyanın “Aberdin”, Türkiyənin “Antalyaspor”, "Karagümrük" klublarında top qovub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...