“Azergold” QSC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Datum” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “Azergold” QSC Naxçıvan Muxtar Respublikasının şimal-şərq hissəsində və Kəpəz-Buzluq-Kürəkçay sahəsində satellit/peyk üsulu ilə məsafədən hiperspektral tədqiqatlarının aparılmasına dair xidmətlərin satın alınmasına görə “Datum” MMC-yə 1 milyon 867 min 947 manat 8 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 110 manat olan “Datum” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov, ev 6, mənzil 4-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov Camal İsmayıl oğludur.
Digər xəbərlər
loading...