Dekabrda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək 130 nəqliyyat vasitəsi çıxarılacaq.
MilliYol.az quruma istinadən xəbər verir ki, hərraca çıxarılan əmlaklar arasında gəmi də var.
Belə ki, dekabrın 12-də təşkil olunacaq hərraca 11 avtomobil çıxarılacaq. İstehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2 000-14 000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.
Dekabrın 19-da keçiriləcək hərraca 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 800-10 500 manat arasında dəyişir.
Dekabrın 21-də təşkil olunacaq hərraca isə 40 nəqliyyat vasitəsi çıxarılacaq. Hərracda iştirakçılara “Vixr” tipli gəmi də təklif olunacaq. İstehsal tarixi 1986-cı il olan gəminin start qiyməti 1 milyon 800 min manatdır. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 faizi (180 000 manat) məbləğində beh ödəmək tələb olunur.