Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb.
R.Hacıyevin ərizəsi qəbul olunub və vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.
Digər xəbərlər
loading...