Bütün deputatlardan, ziyalılardan, aidiyyəti qurumlardan, o cümlədən Prezident Aparatındakı məmurlardan, media nümayəndələrindən xahiş edirik ki, xalqa dəstək olsunlar. Konstitusiya Məhkəməsində artıq 7 aydır davam edən özbaşınalığa son qoyulmasına kömək etsinlər.
Qarabağ və torpaqlarımız düşmənlərdən azad edildikdən sonra ölkə daxilində olan düşmənlərdən qurtulmağın və tam azadolmağın vaxtıdır! KİM BİZİMLƏDİR?
Sual olunur ki, torpaqlarımızı almaq üçün erməni faşistlərin qanını tökdük. Bəs MÜLKİYYƏT və BƏRABƏRLİK hüquqlarımızı bərpa etmək üçün kümlərinsə qanını tökmək mütləqdirmi?
Biz birləşərək qanunları pozan, xalqı narazı salan məmurları ifşa etməliyik!
Hörmətli deputat Zahid Oruc hələ 2022-ci ildə bu qanunsuzluğun Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasının vacibliyini göstərmişdir. Oxuyun:
Əvvəla hamı bilməlidir ki, Özəlləşdirmə Çekləri barədə 100 minlərlə ailələr adından bərabərlik və mülkiyyət hüquqları pozulmuşların Prezidentə müraciəti əsasında cənab Prezidentin şəxsi göstərişi ilə PA-nın Vətəndaşların qəbulu şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Konstitusiyaya Məhkəməsinə göndərilmiş 1-1-23/2-KOL-1362/2-019/2-t/1/2023 n-li məktub 12.09.2023-cü il tarixində Konstitusiya Məhkəməsində 1483 N-li qeydiyyata alınıb. Konstitusiya Məhkəməsində isə nədənsə bütün qanunları pozaraq 1-2 ay əvəzi, artıq 7 aydır araşdırma gedir.
Hər birimizə dövlət və Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verilmiş və bu gün qanunla inflyasiyadan qorunan əmlak dəyəri ən azı 20 000 ABŞ dolları olan miras əmlak payımızı məmurlar qanunsuz olaraq əlinizdən almasın deyə özəlləşdirmə miras paylarını satmayanları birləşdirən, “facebook”da 39 min ailəni təmsil edən bu Qrupa üzv olun:
https://www.facebook.com/groups/668471343515846
BƏSDİR!!!
Xahiş etməkdən, yalvarmaqdan yorulduq və heç bir nəticə vermədi. Qanunla bizə aid olan haqqımızı tələb edirik!
21 may 2023 -cü il tarixində dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup müharibə veteranları və əmək veteranlarının hüquqi nümayəndəsi vəkil Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin sədri Fərhad Adbullayevə, Ali Məhkəməyə, Baş Nazirə, Baş Prokurora və Milli Məclisə Şikayət – Xahiş ilə müraciət ünvanlanlamışdı. ( Baxın https://www.youtube.com/watch?v=dcD8pgpdHFQ
Oxuyun: https://www.facebook.com/…/permalink/1587723841590587.
Konstitusiya Məhkəməsinin Qəbul Şöbəsinin müdiri Anar müəllimin 4 ay öncə vəkil Mübariz Yolçiyevə verdiyi məlumatdan belə aydın olurdu ki, bu iş çox çətin olduğundan hər iki Palatada 4 hüquqşünas tərəfindən araşdırılır və artıq 5 dövət orqanına, o cümlədən Milli Məclisə, Ədliyyə Nazirliyinə, Baş Nazirə, İqtisadiyyat Nazirliyinə və Ali Məhkəməyə bu məsələ barədə rəy almaq üçün müraciətlər göndərilib və tez bir zamanda Konstitusiya Məhkəməsinin sorğusuna cavab verməlidirlər. Anar müəllim əminliklə bildirdi ki, sentyabrda bu məsələ öz həllini tapacaq.
KM-nə ünvanladığımız konstitusiya şikayətinə yazılı cavab ala bilmədiyimiz üçün vətəndaşların vəkili olaraq Mübariz müəllim 13 iyul 2023-cü il tarixində 2-ci müraciətdə bu problemin təcili araşdırılmasının vacibliyini əsaslandırmağa çalışdı. Xahiş edirik oxuyun:
https://ayna.az/yuzminler-adindan-konstitusiya-mehkemesine?
Konstitusiya Məhkəməsi tərəfindən 4 aydır heç bir rəsmi cavab ala bilməyən və Konstitusiya, qanunları pozan normativ hüquqi aktların Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasının gecikdirilməsini əsaslandıran müharibə və əmək veteranları 2 sentyabrda ikinci dəfə cənab Prezidentə və PA Rəhbəri Samir Nuriyevə Şikayət yazdılar. Baxın və oxuyun:
https://www.qanunla.az/diqqet-prezidente-ikinci-muraciet-fotolar/
12 Sentyabr cənab Prezidentin göstərişi ilə PA-nın Konstitusiya Məhkəməsinə göndərdiyi məktub KM tərəfindən qeydə alınıb.
Növbəti dəfə 13 Sentyabrda vəkil Mübariz Yolçiyevə və şikayətçilərə Konstitusiya Məhkəməsinin Qəbul Şöbəsinin müdiri Anar Cəfərov tərəfindən verilən şifahi məlumatda Anar müəllim ən uzağı oktyabr ayında bu məsələnin öz həllini tapacağını bildirdikdən sonra vəkilimiz özəlləşdirmə çeklərini Satmayan yüz minlərlə ailələrə ikinci dəfə videomüraciət etdi:
Qrup üvlərinin təkidi ilə Tahir Axundov 21 Sentyabrda KM-nin sədri Fərhad Abdullayevə ərizə yazaraq 4 aydan çox müddət keçməsinə baxmayaraq, bizə hansı səbəbdən rəsmi cavab verilmədiyini və rəsmi məlumatların bizə verilməsini xahiş etdi.
Heç bir rəsmi cavab ala bilmədiyimiz üçün yüzminlərlə yaşlı insanların narahatçılığını, problemin təcili həll olunmasının vacibliyini dərk edən vəkilimiz Mübariz müəllim 17 oktyabrda KM Sədri Fərhad Abdullayevə üçüncü müraciətimizi etdi.
23 Oktyabrda vəkil Mübariz Yolçiyevə KM tərəfindən iki cümlədən ibarət – heç bir yeni məlumat olmayan və KM-i tərəfindən 7 aydır qanunların hansı səbəbdən pozulduğunu əsaslandırmayan bir cavab məktubu gəldi. Tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/permalink/2026314594398174
30 oktyabrda qrup nümayəndəsi Tahir Axundov qrup üzvlərinin xahişi ilə işin niyə belə ləngidiyini öyrənmək üçün təkrar KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ müraciət edərək Qəbul şöbəsinin müdiri Anar müəllimin qəbulunda olub və Anar müəllim ən uzağı bir həftəyə bu işin həll olunacağını bildirib. Bəzi dövlət qurumlarının hələ də öz cavab məktublarını göndərmədiyini qeyd edib. Qanunla onların bir ay ərzində cavab verməli olduqlarını bildirib.
Mətbuatda YAP-çı ziyalılar, deputatlar, hüquqşünaslar və başqaları 100 % əminliklə cənab Prezidentin adına və dövlətçiliyimizə ləkə salan, PA-nın keçmiş rəhbəri olmuş Ramiz Mehdiyevin səhlənkarlığı və səhvləri nəticəsində yaranmış qanunsuzluğun və bu cinayətin hüquqi müstəvidə tez bir zamanda Konstitusiya Məhkəməsi tərəfindən Ulu Öndərin 100 illik yubileyi olan 2023-cü ildə aradan qaldırılacağını söyləyərək insanları sakitləşdirirlər. Bu məqalədə olduğu kimi:
https://ayna.az/azerbaycanda-ilk-defe-konstitusiya…? .
Hansı səbəbdən bizə Konstitusiya Məhkəməsi sorğusuna cavab verməyən və işi gecikdirən qurumların və məhkəmədə bu işi aparan dörd hüquqşünasın adları haqqında heç bir məlumat verilmir? Kimlər təxribat edir? Səbəb nədir?
Doğurdanmı, bəzi dövlət qurumlarındakı məmurlar bu qədər vicdansızlıq edirlər? Onlar kimlərdir?
Görünür, qanunlara və qaydalara, hətta cənab Prezidentin Konstitusiya Məhkəməsində 12 Sentyabrda qeydə alınmış müraciətinə saymamazlıqla yanaşan məmur və hüquqşunaslar var. Bu yaramazlar çox güman ki, erməni kökənli olduğunu gizlədənlər və onların əlaltıları olan vicdansızlardır.
Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin səhlənkarlığı və səhvləri nəticəsində Beynəlxalq İnsan Hüquqlarının əsasını təşkil edən bərabərlik və mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulduğunu və bunun Mütəşəkkil Korrupsiya Cinayəti faktı olduğunu bilərək – 13 ildir davam edən qanunsuzluğun tez bir zamanda aradan qaldırılmaması və işin ləngidilməsi dövlətçiliyimizə qarşı təxribatdır. Bu, xalqa qarşı cinayətidir!
Məsələni uzadataq siyasiləşdirən və Ulu Öndərin qurub – yaratdığı bu dövlətə və dövlətçiliyə, tarixi sosial ədalət siyasətinə qarşı çıxan, Konstitusiya və Qanunları, xalqın və cənab prezidentin müraciətini saymayan bu vicdansızlara ancaq xalq düşmənləri demək olar.
KM-nin sədrinin və hüquqşünaslarının “Konstitusiya Məhkəməsi Haqqında” Qanunu və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsini tam pozduqları hamı üçün aydındır! Sizə aydın olması üçün oxuyun:
https://www.facebook.com/…/permalink/2030444470651853
Bəs, səbəb nədir? KM-də 8 hakim üçün 200-dən çox yüksək əmək haqqı olan hüquqşünas ordusu işləyir. Cənab Prezident və əziz deputatlar, görünür KM-də işləyən hüquqşünasları attestasiyadan keçirməyin vaxtı çoxdan çatıb.
Aşağıdakı iki məqaləni oxuduqda aydın olur ki, yüzminlərlə ailələrə qarşı məmurların çirkin hərəkətləri Azərbaycan üçün təhlükə yaradır. Ulu Öndər Heydər Əliyevin kapitalizmə dinc keçidin təminatı olan sosial və tarixi siyasətinin, Konstitusiya və Qanunların kobud pozulması məmur – vətandaş qarşıdurmasının təməlini qoyur və qarşıdurmanı qaçılmaz edir.
https://haqqin.az/investigations/273600
https://m.zerkalo.az/kakim-budet-okonchatelnoe-reshenie-prezidenta-i-konstitutsionnogo-suda
Statistik məlumatlardan aydın olur ki, Özəlləşdirmə Çeklərini satmayan 1 milyon vətəndaşdan 13 ildir ki, hər il 12 min, hər ay min, hər gün 33 vətəndaşın arzu və ümidləri puça çıxaraq öz halal Miras Əmlak Paylarını almadan dünyasını dəyişir.
Konstitusiya Məhkəməsində 7 aydır araşdırma gedir, deməli, bu məmurların təqsiri nəticəsində daha 2 min vətəndaş öz hüquqlarının bərpasını, haqqın və ədalətin zəfər gününü görmədən dünyasını dəyişdi. Daha nə qədər?
Hörmətli KM-nin Sədri Fərhad müəllim, KM-də bu gün baxılması üçün bundan vacib nə iş var?
Bu 7 ay ərzində həm çoxsaylı vətəndaşlar, həm də Milli Məclis adından Konstitusiya və qanunlarını pozan bəzi normativ hüquqi aktlar haqqında faktlar barədə şikayətimiz İqtisadiyyat nazirinə göndərilmişdir. Konstitusiya Məhkəməsi də artıq 4 aydır onlara müraciət edib. İqtisadi İnkişaf Naziri və Əmlak Komitəsinin rəhbəri ixtisasca hüquqşünas olduqlarından Konstitusiyaya və Beynəlxalq hüquqa zidd olan və 13 ildir davam edən bu cinayətkar özəlləşdirməni bir an öncə təcili dayandırmalıdır.
Görünür, Konstitusiya Məhkəməsindəki və dövlət qurumlarındakı bəzi məmurlar özlərini qanundan üstün sayırlar.
Ey məmurlar, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, dövlətin bütün siyasəti və dövlət məmurlarının xalq qarşısında vəzifəsində gördüyü işlər ancaq və ancaq qanunlarla qoyulmuş qaydada olmalıdır! Heç bir məmur qanunda boşluq varsa, onu öz istədiyi kimi yoza bilməz!
Cənab Prezidentə və dövlətçiliyimizə qəsd edilir!
Hansısa məmurlar KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ işi uzatmaqla siyasiləşdirmək istəyirlər.Cox güman ki, cənab Prezidentin əleyhinə çalışanlar onun xaricə səfərləri zamanı hansısa qüvvələr vasitəsilə tutduqları bu siyasətin istifadəsi üçün vaxt udmağa çalışırlar.
Bəzi yerli oliqarx məmurlar ( Büdcədən oğurladıqları və rüşvət aldıqları pullarla kapitalist olan ailələr ) və xarici ölkələrdən olan kapitalistlər investor adı ilə Dünya Bankı və Avropa İnkişaf Bankındakı bəzi məmurlarla cinayət əlaqəsinə girərək özəlləşdirmə adı ilə xalqa qarşı ekonomik terror aparırlar. 13 ildir ki, dünyada analoqu olmayan bu mütəşəkkil cinayət nəticəsində 1 milyondan çox vətəndaşın mülkiyyət və bərabərlik hüquqları tam pozulmaqda davam edir. Tarixi ədalətin və sosial ədalətin, Ulu Öndər Heydər Əliyevin siyasətininin pozulmasının gələcəkdə hansı ağır nəticələr verəcəyini başa düşməyən, xalqı və dövlətçiliyi , Ulu Öndər Heydər Əliyevin Tarixi Sosial Siyasətini saymayan, Konstitusiya və Qanunları, beynəlxalq hüququ pozan yerli və xarici kapitalistlər üçün Azərbaycan xalqının hüquqları və gələcəyi heç veclərinə də deyil.
Bütün məlumatlarla və faktlarla bu linkdən tanış ola bilərsiniz:
https://www.facebook.com/…/6684…/posts/1577668382596133/
30 Noyabr – Son tarix
Xalqa qarşı cinayətə son qoyulmasına az qaldı.
Özəlləşdirmə çekləri barədə 14 Noyabrda Konstitusiya Məhkəməsində vətəndaşlara Qəbul Şöbəsinin müdiri Anar müəllim bu dəfə noyabr ayının axırına qədər mütləq bu məsələyə baxılaraq aydınlıq gətiriləcək demişdir. Kim inanmır özü gedib öyrənə bilər. Hamı bilməlidir ki, Konstitusiya Məhkəməsindəki laqeyd münasibətin əsas səbəbi budur: Cənab Prezidentə qarşı Ramiz Mehdiyevin bəzi məmurlarla birləşib qurduğu hiylə nəticəsində – 99% məmurlar və 95 faiz çek sahiblərində inamsızlıq yaranıb. Əgər inam olsaydı, məmurlar məsələni Prezidentə hörmət əlaməti olaraq vaxtında araşdırardılar və qanunları pozmazdılar. Vətəndaşlar isə öz növbəsində heç kimdən qorxmadan birləşərək Konstitusion haqlarını tələb edərdilər. Çünki Ramiz Mehdiyevin İlham Əliyevin və Heydər Əliyevin etibarından xaincəsinə istifadə etməsini 10-dan çox hüquqşünas alim artıq 2 ildir sübut edib. Konstitusiya Məhkəməsinin Qəbul şöbəsinin müdüri bizə və vəkilimizə əvvəl sentyabrda , 13 sentyabrda isə ən uzağı oktyabrda bu işə mütləq baxılacağını və cavab veriləcəyini demişdir. Konstitusiya Məhkəməsi Haqqındakı Qanunla ən uzağı 2 aya bizə cavab verilməli idi. 7 aydır bu işin uzadılması hansı qanunda yazılıb?!
Konstitusiya Məhkəməsi beynəlxalq hüquqa, Konstitusiya və Qanunlarımıza hörmət etmir. Hüquqları məhdudlaşdırmaq ancaq qanunla qoyulmuş qayda ilə olmalıdır və əsaslandırılmalıdır. Əgər qanunda boşluq və qeyri-müəyənlik varsa, bu hal heç vaxt vətəndaşların hüquqlarını məhdudlaşdırmaq üçün istifadə oluna bilməz. Konstitusiya Məhkəməsi özü belə halları çoxdan aradan qaldırmaq əvəzinə, vətəndaşların əleyhinə istifadə etməsi xalqa qarşı cinayətdir.
Bu cinayəti başa düşmək çətin deyil. Oxuyun:
https://www.facebook.com/…/permalink/2030444470651853
Özəlləşdirmə çeklərini satmayanlar, сənab Prezidentə, xalqa və qanunlara, dövlətçiliyə hörmət və sayğı göstərməsini Konstitusiya Məhkəməsinin Sədri Fərhad müəllimdən tələb etməyin vaxtıdır! Bizim müraciətimizdən 7 ay, deputatların və Ədliyyə Nazirliyinin müraciətindən 5 ay və Cənab Prezidentin Konstitusiya Məhkəməsinə müraciətindən 2 aydan çox vaxt keçdi. Bəzi məmurlar, Konstitusiya Məhkəməsi hakimləri və sədri xalqa və Cənab Prezidentə, deputatlara və Ədliyyə Nazirliyinə qarşı saymamazlıq edirlər. Bütün ziyalılardanxXahiş edirik ki, 1 milyondan çox vətəndaşın mülkiyyət və bərabərlik hüquqlarını müdafiə etmək üçün birləşmək vaxtıdır. Oxuyun – hamı bilməlidir:
https://ayna.az/prezidentden-ozellesdirme-cekleri-barede…
https://www.qanunla.az/konstitusiya-mehkemesi-niye-susur…
Konstitusiya Məhkəməsinin işi gecikdirməsinin nəticəsi kimi 2024-cü il Büdcə Qanununda Milli Məclisin Sədri, oliqarx deputatlar və məmurlar xalqa məxsus əmlakları Konstitusiya və qanunlara zidd olaraq satmaqla, büdcənin kəsirini doldurmaq istəyirlər. Maddə 14. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2024-cü il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı, həmçinin Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına həmin fondların kəsirinin bağlanması daxilində) hesabına həyata keçirilsin.
Konstitusiya Məhkəməsinə videomüraciət:
Hüquqşünasların tələbi: https://ayna.az/bir-milyon-insanin-yeyilmis-haqqi-ve…
Xüsusi qeyd
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!
MilliYol.Az