Şəkidə bankdan dollarla kredit alan şəxs kreditini tam ödəsə də, yenidən borc gəlib. Bank buna səbəb kimi dolların kursunun dəyişməsini göstərib.
Evlənən dostuna kömək etmək istədi öz başına problem açdı.
Şəkinin Turan qəsəbəsində musiqi məktəbində müəllim işləyən Kəlbəcər rayon sakini Yaşar Cavadov, 2012 ci ildə dostu üçün öz adına bir bankın filialından 851 dollar kredit götürüb.
Bir müddət sonra dostu krediti ödəyə bilmədiyinə görə Kəlbəcər rayon məhkəməsi qarar cıxararaq Turan qəsəbə uşaq musiqi məktəbinin baş idarəsi sayılan Şəki Mədəniyyət və Turizm İidarəsinə qalan məbləğin Yaşar Cavadovdan tutularaq Banka ödənilməsini tapşırıb.
Yaşar Cavadovun sözlərinə görə, o, məbləğin ödənilməsinə etiraz etməyib.
Lakin məhkəmənin kəsdiyi məbləğ ödənildikdən sonra dekabr ayında yenidən Mədəniyyət və Turizm İdarəsindən ona bildiriliş edilib ki, bank dolların kursunun dəyişdiyi üçün vətandaş əlavə 274 manat ödəməlidir.
İndi vətəndaş nə edəcəyini bilmir. Bəs görəsən belə məsələlər hüquq çərçivəsində necə həll olunmalıdır? Banklar kreditını ödəyib qurtaran vətəndaşlara dolların kursunu bəhanə edib yenidən borc göndərə bilərmi?
Mütəxəssislər bildirir ki, belə halda vətəndaş sona qədər mübarizə aparmalıdır. Əgər kredit öhdəliyini vaxtında ödədiyinə dair əlində sənədlər varsa, kredıt götürdüyü bankı məhkməyə də verə bilər.(Xəzər Xəbər)
MilliYol.Az
Digər xəbərlər
loading...